Xəzər Xəbər

Hansı tələbələrin təhsil haqqını dövlət ödəyəcək? VİDEO

Veb TV | 19:17 • 1 Oktyabr 2020
Hansı tələbələrin təhsil haqqını dövlət ödəyəcək?

Bu il sosial baxımdan həssas ailələrdən olan tələbələrin təhsilhaqları dövlət tərəfindən ödəniləcək. Təhsil Nazirliyi bu məqsədlə müvafiq prosedurları həyata keçirir. Artıq prosesin birinci mərhələsi yekunlaşıb və indiyə qədər 15 min 209 tələbə bu güzəştlərdən yararlanıb. Nazirlik indi bu il ali məktəbə qəbul olan, sosial baxımdan həssas qrupa aid tələbələrin müəyyənləşdirilməsi istiqamətində işlər görür.

2020-ci ildə sosial baxımdan həssas əhali qrupuna aid ailələrin üzvü olan tələbələrin təhsilhaqqı xərcləri dövlət tərəfindən qarşılanacaq.

Təhsil Nazirliyindən bildirilib ki, ölkə başçısının tapşırığına uyğun olaraq Nazirlər Kabinetinin qəbul etdiyi məvafiq qərarın icrasına artıq başlanıb. Güzəştlər həm ali təhsil müəssisələrində, həm də orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan sosial baxımdan hassas əhali qrupuna aid ailələrin üzvü olan tələbələrə şamil edilir. Prosesin icrası üçün təhsil müəssisələrinə təxminən 13 milyon manat vəsait ödənilib.

Bu il ali məktəbə qəbul olan həssas qrupa aid tələbələr e-telebe.edu.az elektron portalı vasitəsilə qeydiyyatdan keçərkən müəyyənləşdiriləcək. Yuxarı kurslarda təhsil alan belə tələbələrin böyük qismi isə artıq ilin əvvəlində güzəştlərdən yararlanıb.

Sosial baxımdan həssas təbəqəyə aid olub əvvəllər müraciət etməmiş, yaxud da birinci yarımillikdən sonra bu statusu əldə etmiş tələbələr də portala müraciət edərək bu hüquqdan istifadə edə bilərlər.

Xəbər lenti

Çox oxunanlar