Xəzər Xəbər

İlham Əliyev Ermənistan hakimiyyətinin diktator mahiyyətini ifşa etdi VİDEO

Veb TV | 20:59 • 30 Sentyabr 2020
İlham Əliyev Ermənistan hakimiyyətinin diktator mahiyyətini ifşa etdi

Prezident İlham Əliyev ötən gün "Rossiya 1" telekanalına müsahibəsi zamanı Ermənistan hakimiyyətinin avtoritar və diktator mahiyyətini ifşa etdi. Erməni təxribatları haqqında həqiqətləri böyük auditoriyaya çatdıran dövlət başçısı Ermənistanın təcavüzkar siyasətindən danışıb. İlham Əliyev ölkəmizin işğala məruz qalması ilə bağlı Rusiya ictimayyətini geniş məlumatlandırıb. Prezıdentin bu çıxışı işğalçı ölkənin baş naziri nikol paşinyanı çıxılmaz vəziyyətə salıb.

Prezident İlham Əliyev Rusiya telekanalına müsahibəsində Ermənilərin hərbi təxribatı nəticəsində yaşayış məntəqələrimizin və döyüş mövqelərimizin şiddətli atəşə məruz qaldığını bildirib. Dövlət başçısı düşmən ordusunun əsas hədəflərinin mülki əhali olduğunu faktlarla diqqətə çatdırıb. Azərbaycan prezidenti bildirib ki, təcavüz nəticəsində mülki əhali arasında ölən və yaralananlar var. "Ermənistanın hərəkətləri və bəyanatlarının xronologiyası göstərir ki, bu ölkə təxribata şüurlu şəkldə gedib",- deyə Prezident İlham Əliyev vurğulayıb. Ekspertlər hesab edir ki, İlham Əliyevin Paşinyana məntiqli, tutarlı və səlis cavabları diplomatiya məharətinin sübutudur.

İlham Əliyevin tutarlı arqumentlərlə Nikol Paşınyanı çıxılmaz vəziyyətə salması fonunda Paşinyanın sönük, faktoloji bazadan məhrum olan, dolaşıq və təkrarlanan fikirləri onun həm də siyasi cəhətdən zəif olduğunu, müdafiə etdiyi mövqeyin heç bir tənqidə dözmədiyini aydın göstərdi.

Həmçinin Ermənistan hakimiyyətinin avtoritar və diktator mahiyyətini ifşa edən Azərbaycan Prezidenti müsahibə zamanı Ermənistanda daxili-siyasi böhranın hökm sürdüyünü bildirib. Ermənistanda Soros rejiminin mövcud olduğunu Rusiya ictimayyətinin diqqətinə çatdıran İlham Əliyev vurğulayıb ki, bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır.

Xəbər lenti