Xəzər Xəbər

Paşinyan dünya qarşısında rəzil oldu VİDEO

Veb TV | 19:54 • 16 Avqust 2020
Paşinyan dünya qarşısında rəzil oldu

Ermənistan baş naziri Nikol Paşinyanın BBC telekanalında yayımlanan "Hardtalk" verilişində rüsvay olması ilə bağlı müzakirələr genişlənməkdədir. Mütəxəssislər düşünür ki, Paşinyanın verilişdə verdiyi cavablar bu ölkənin siyasi xislətinin illər keçməsinə, özünü demokrat adlandıran Paşinyanın rejiminin hakimiyyətə gəlməsinə baxmayaq heç də dəyişməyib. Paşinyan özü də fərqində olmadan dolayı cavablarla əslində ölkəsinin işğalçı olduğunu və çoxsaylı cinayətlər törətdiyini təsdiqləmiş oldu.

Paşinyanın BBC kanalının efirində rüsvay olması ilə bağlı müzakirələr daha da genişlənir. Hər dəfə səhvlərini düzəltməyə səy göstərən Ermənistanın baş naziri gerçəklər qarşısında daha da çətin vəziyyətə düşür.

Son müsahibədə Nikol Paşinyanın rəzil duruma düşməsinin səbəbi BBC telekanalının "Hardtalk" verilişinin tanınmış aparıcısı Stefen Sakurun münaqişə ilə bağlı təfərrüatlı məlumata sahib olması idi. Paşinyan bu dəfə də verilən suallara saxta tarixi iddialarla cavab verərəkvəziyyətdən çıxacağını düşünürdü. Ancaq Stefen Sakurun sənədlərə və beynəlxalq hüquqa əsaslanan sualları Paşinyanı açıq-aşkar şoka saldı. Paşinyan suallar qarşısında aciz vəziyətə düşdü. Onun cavabları verilən tutarlı, faktlara söykənən suallar qarşısında məntiqsiz və rabitəsiz idi.

Millət vəkili Fazil Mustafa bildirir ki, əslində Paşinaynın düşdüyü vəziyyət Ermənistanın hazırda beynəlxalq hüquq müstəvisində münaqişə tərəfi kiminə qədər haqsız və təcavüzkar bir mövqe tutmasının təzahürü idi.

Millət vəkili qeyd edib ki, Paşinyanın cavab verə bilmədiyi suallar birbaşa Ermənistanın işğalçı bir ölkə olduğunu ortaya qoyurdu. Paşinyan verdiyi cavablarla öz sələflərindən heç nə ilə fərqlənmədiyini bir daha sübut etmiş oldu.

Onu da qeyd edək ki, BBC telekanalının aparıcısı Stefen Sakur Paşinyana, Ermənistanın ordusunun hazırda Azərbaycan torpaqlarında işğalçı kimi niyə qaldığını, Xankəndinə səfər edib Xankəndi Ermənistandır deyərək niyə təxritaba əl atdığını və Ermənistanda repressiya, iqtisadi tənəzzül, insan haqlarının kobud şəkildə pozulmağa davam etdiyi ilə bağlı suallar ünvanlamışdı. Ermənistan baş naziri isə məsələyə aidiyyatı olmayan şeylərdən danışaraq söhbətdən yayınmağa çalışsa da aparıcı buna imkan verməmiş və Paşinyan təxmin etdiyindən daha çətin vəziyyətlə üz-üzə qalmışdı.

Xəbər lenti