Xəzər Xəbər

Levon Zurabyan Paşinyanın BBC-yə verdiyi müsahibəni tənqid etdi VİDEO

Veb TV | 19:46 • 16 Avqust 2020
Levon Zurabyan Paşinyanın BBC-yə verdiyi müsahibəni tənqid etdi

Nikol Paşinyanın son biyabırçı müsahibəsindən sonra hətta onunla yaxın olan silahdaşları belə baş nazirdən üz çevirməyə başlayıb. Erməni Milli Konqresinin üzvü, bir vaxtlar Nikol Paşinyanla eyni cəbhədə olan Levon Zurabyan bildirib ki, baş nazirin BBC telekanalına müsahibəsi ümumiyyətlə heç baş tutmamalı idi. O, Paşinyanın müsahibəsinin Ermənistanın imicinə ziyan vurduğunu yazıb.

Ermənistan baş naziri Nikol Paşinyanın BBC telekanalında yayımlanan "Hardtalk" verilişinə verdiyi biyabırçı müsahibə öz ölkəsində də birmənalı qarşılanmayıb.

Hətta baş nazirlə bir vaxtlar eynə cəbhədə olan siyasətçilər onun müsahibəsini sərt şəkildə tənqid etməyə başlayıblar. Onlardan biri də Erməni Milli Konqresinin üzvü Levon Zurabyandır. Zurabyan hələ 2008-ci ildə prezident seçkiləri zamanı Paşinyanla birlikdə Levon Ter Petrosyanın komandasında olub. Daha sonra onlar birlikdə parlamentdəki ANC fraksiyasının tərkibində olublar.

Öz feysbuk səhifəsində Paşinyanın müsahibəsini sərt şəkildə tənqid edən Zurabyan yazıb ki, Ermənistanın imici baxımından Paşinyanın "Hard Talk" proqramına verdiyi müsahibə ümumiyyətlə baş tutmamalı idi. O, Paşinyanın müsahibəsini uğursuz kimi qiymətləndirib. Qeyd edib ki, bunun bir neçə səbəbi var. Belə ki, baş nazirin ingilis dilini qeyri-kafi bilməsi, cavablarının məzmunsuz olması, Qarabağ məsələsinin mahiyyətini bilməməsi və münaqişənin həlli ilə bağlı öz fikrinin olmaması bu müsahibəni uğursuz adlandırmağa kifayət edir.

Zurabyan qeyd edib ki, nə Paşinyan, nə də bir neçə ay əvvəl proqramın qonağı olan xarici işlər naziri münaqişənin mahiyyətini düzgün ifadə edə bilməyib.

Xəbər lenti