Xəzər Xəbər

Paşinyana qarşı növbəti dəfə sərt ittihamlar irəli sürülüb VİDEO

Veb TV | 23:17 • 31 İyul 2020
Paşinyana qarşı növbəti dəfə sərt ittihamlar irəli sürülüb

Ermənistanın baş naziri Nikol Paşinyan rusofobiyada və müttəfiq ölkəyə xəyanətdə ittiham olunur. Rusiyada yaşayan erməni əsilli jurnalist Marqarita Simonyan baş nazirə qarşı səsləndirdiyi fikirlərə görə Ermənistan və Rusiya mediasında gündəmi zəbt edib. İttihamlar arasında həmçinin, işğalçı ölkənin Ermənistan-Azərbaycan sərhədində son günlər törətdiyi təxribatlar da yer alıb.

Paşinyan Anti-Rusiya siyasətinə görə tənqid olunur.

Ermənistan əsilli rusiyalı jurnalist Marqarita Simonyan öz sosial şəbəkə hesabında qiyamçı Ermənistan siyasətçilərini Rusiyaya xəyanət etməkdə, ölkədə rusiyafobiyanı yaymaqda, qərb QHT-lərinin fəaliyyətlərini genişləndirməkdə və şimal müttəfiqindən asılılığı azaltmaqda ittiham edib. "Özünüzə kənardan baxın. Görün necə davranırsınız. Rusiyanın uzun illərdir göstərdiyi xeyirxahlıq və müdafiəsinə cavabınız bunlardımı? Rusiyanın dəyişməz müttəfiqlərini həbsə atmaqla bu ölkəyə xəyanət etdiniz",- deyə jurnalist bildirib.

Simonyan Ermənistan iqtidarını öz mənafeləri naminə xalqın maraqlarını satan siyasətçilər adlandırıb. Bildirib ki, Paşinyan rejimi gəncləri anti-rusiya ruhunda yetişdirir, rusiyalı biznesmenləri ölkədən qovur və sosial şəbəkələr vasitəsiylə Moskvaya qarşı qarayaxma kompaniyaları həyata keçirir. Bununla da onlar öz xəyanətkar mövqelərini ortaya qoyurlar.

Jurnalist, həmçinin son günlər Ermənistan-Azərbaycan dövlət sərhədində yaranan gərginliklə bağlı da hakimiyyəti ittiham edib. "Çox gec olmadan dayanın",- deyə jurnalist Paşinyan rejimini təxribatlardan çəkinməyə çağırıb.

Simonyanın müraciətindən dərhal sonra Baş nazirin ətrafı sosial şəbəkələrdə Simonyana hücum ediblər. "Rassiya Sivodniya" telekanalının baş redaktoru isə Paşinyanın bu ittihamlarına RBK televiziyası vasitəsilə cavab verməsini birmənalı qarşılamayıb. Jurnalistin "bütün bu ittihamlara xüsusi olaraq niyə cavab verməsi" ilə bağlı sualı qarşısında baş nazir çıxılmaz vəziyyətə düşüb.

Xəbər lenti