Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi daha bir uğurlu əməliyyat tədbiri nəticəsində 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq, qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Şahağacı kənd sakini Elşad Nəsirov 20 qram narkotik vasitə olan tiryəki satarkən cinayət başında saxlanılıb.
Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.