Xəzər Xəbər

Yol kənarlarında optik eynək adı ilə gözlüklər satılır - TƏHLÜKƏ - VİDEO

Veb TV | 19:58 • 15 Fevral 2020
 Yol kənarlarında optik eynək adı ilə gözlüklər satılır  -

Düzgün eynək seçimi göz üçün çox önəmlidir. Xüsusən optik eynək seçimi üçün mütəxəssislərin tövsiyəsi mütləqdir.

Amma optik eynək adı altında harda gəldi bu malları satanlar var. Hətta hamam aksesuarlarının satıldığı dükanda da optik eynəklər təklif edilir.

Xezerxeber.az-ın məlumatına görə, Bakıda, "8-ci kilometr bazarı" kimi tanınan ərazidə alıcılara optik eynək adı ilə müxtəlif gözlüklər təklif olunur.

Həmin eynəklərin doğrudan da optik olub-olmadığı şübhə doğurur. Ərazidə çəkiliş aparan "Xəzər Xəbər"in kamerasını görən satıcılar suallara cavab verməyib və ərazidən yayınıblar.

Oftolmoloq həkimlər isə deyirlər ki, təsadüfi yerlərdən və şəxslərdən optik gözlük almaq olduqca təhlükəlidir. Gözlər həssas orqan olduğundan bunun ağır fəsadları ola bilər. Ona görə də görmə zəifliyi olanlar oftolmoloq məsləhəti əsasında ixtisaslaşmış dükanlardan gözlük alsalar, özlərini bir çox təhlükələrdən qorumuş olarlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti