Xəzər Xəbər

Xəzər dənizində külək elektrik stansiyası tikiləcək - VİDEO

Veb TV | 20:52 • 15 Fevral 2020
Xəzər dənizində külək elektrik stansiyası tikiləcək -

Xəzər dənizində külək elektrik stansiyası qurulacaq.

Bu barədə "Xəzər Xəbər"ə açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov deyib.

O bildirib ki, bununla bağlı "Dəniz Külək Parkı-1" adlı layihə hazırlanıb. Çilov adası ilə Pirallahı yarımadasını estakadalar vasitəsilə birləşdirəcək layihə hökumətə təqdim edilib.

Estakada və körpülər vasitəsilə Pirallahıdan Çilov adasına qədər mövcud olan kiçik adaları da birləşdirməklə 22,5 km uzunluğunda yol çəkiləcək. Bununla da 2 min nəfər sakini olan Çilov adasına estakadalar vasitəsilə birbaşa nəqliyyat infrastrukturu yaradılacaq. Yolun sağ və sol hissələrində olmaqla hər 350 metrdən bir turbinlərin quraşdırılması üçün xüsusi platformalar yaradılacaq.

Cəmil Məlikov onu da qeyd edib ki, layihə təsdiqini taparsa, işlər Çinin bu sahə üzrə ixtisaslaşmış şirkətinə həvalə ediləcək. Artıq həmin şirkətlə də danışıqlar aparılıb və müvafiq sənədlər imzalanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti