Xəzər Xəbər

Qəbələdə ev yanıb, 6 nəfər xəsarət alıb - VİDEO

Veb TV | 17:58 • 15 Fevral 2020
Qəbələdə ev yanıb, 6 nəfər xəsarət alıb -

Qəbələdə fərdi yaşayış evinin yanması 6 nəfərin xəsarət alması ilə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Soltannuxa kəndində ümumi sahəsi 120 kvadratmetr olan evin 22 kvadratmetrlik hissəsi içərisində əşyalarla birlikdə yanıb.

Ailə üzvləri yatmış vəziyyətdə olduğundan onlara qonşuları məlumat veriblər.

Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlərin səyi nəticəsində alov ram edilib və ətrafa yayılmasının qarşısı alınıb. Lakin həmin vaxt evdə olan 6 nəfər yanıq xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Ev sahibi, 57 yaşlı Namiq Gülməmmədova 4-cü dərəcəli yanıq xəsarəti diaqnozu qoyulub və vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin elektrik naqilindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar