Xəzər Xəbər

Ucarda sakinlər su problemi ilə üzləşiblər - VİDEO

Veb TV | 20:33 • 2 Fevral 2020
Ucarda sakinlər su problemi ilə üzləşiblər -

Ucarda sakinlər qışın ortasında su problemi ilə üzləşiblər.

Xezerxeber.az-ın məlumatına görə, Ucar rayonunun Bərgüşat kəndi rayon mərkəzindən 35 km uzaq məsafədə olduğu üçün kanallarda olan su bu yaşayış məntəqəsinə çatmır.

Sakinlər 6 aya yaxındır ki, susuzluqdan əziyyət çəkirlər.

Sakinlərin sözlərinə görə, su maşınları 5-6 ton suyu kəndə 30-40 manata gətirir.

Məsələ ilə bağlı Ucar Suvarma Sistemləri İdarəsindən bildirdilər ki, su kanallarında və çaylarda suyun səviyyəsinin aşağı düşməsi bir neçə kənddə su qıtlığına səbəb olub.

Qeyd edək ki, rayon ərazisində ümumilikdə 24935 min hektar suvarılan sahə var.Ucar rayonunda sahələrin 80 faizi Yuxarı Şirvan kanalı, qalan 20 faizi isə Göyçay və Türyan çayları vasitəsilə suvarılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar