Xəzər Xəbər

ŞOK GÖRÜNTÜLƏR ÜZƏ ÇIXDI: Ukrayna təyyarəsini İran vurub - VİDEO

Veb TV | 14:13 • 10 Yanvar 2020
ŞOK GÖRÜNTÜLƏR ÜZƏ ÇIXDI:

İmam Xomeyni Hava limanından qalxan və bir neçə dəqiqə sonra yanaraq yerə çırpılan "Boeing 737” sərnişin təyyarəsini İran raketi vurub.

ABŞ-ın "Nyu-York Tayms” nəşri iddianı göstərən görüntüləri əldə etdiyini yazıb.

Görüntülərdə raketin təyyarəyə tərəfə atılması, daha sonra hava gəmisinin partlaması əks olunub.

Qeyd edək ki, içərisində əksəri Ukrayna, İran və Kanada vətəndaşı olan 176 nəfərin uçduğu sərnişin təyyarəsi Ukrayna Hava Yollarına aid olub. Təyyarə 8 yanvarda qəzaya uğrayıb.

İddialara görə, Ukraynadan araşdırma üçün gedən 45 mütəxəssisə hələ də lazımi icazə verilməyib.

publika.az

Xəbər lenti

Çox oxunanlar