Xəzər Xəbər

10 xidmət növü elektronlaşdırıldı VİDEO

Veb TV | 19:30 • 30 Dekabr 2019
10 xidmət növü elektronlaşdırıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 7 sosial təminat növü üzrə elktron təyinat sistemini və 3 növdə elektron arayış xidmətini təqdim edib.

DOST Agentliyində keçirilən təqdimat mərasimində bildirilib ki, 2019-cu ildə 21 sosial təminat növü üzrə elektron təyinat sistemləri istifadəyə verilib. Avtomatlaşdırma tədbirləri illik təqribən 180 minədək təyinatın elektron şəkildə həyata keçirilməsinə imkan verir. Qeyd edilib ki, bu gün istifadəyə verilənlərlə birgə nazirliyin elektron arayış xidmətlərinin sayı 15-ə çatıb. Həmçinin bildirilib ki, bu il 15 mindən artıq insana elektron qaydada pensiya təyin olunub. Gələn ilin əvvəlindən isə digər pensiya növlərinin təyinatı da elektronlaşdırılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ərsəyə gətirəcəyi daha bir sistem sayəsində isə digər qurumların məlumat bazasına çıxış imkanı yaranacaq.

Gələn il daha 15 arayışın da elektronlaşdırılması nəzərdə tutulub.

Xəbər lenti