Xəzər Xəbər

Sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlara MÜHÜM XƏBƏR - VİDEO

Veb TV | 19:46 • 30 Dekabr 2019
Sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlara

Azərbaycanda sərnişin və yük daşıma ilə bağlı yeni qaydalar tətbiq ediləcək . Beləki maliyyə vəziyyəti zəif olan, avtomobillərinin sayı az olan daşıyıcılar prosesdən kənarlaşdırılcaq. Yeniliyin növbəti il ərzində tətbiqi gözlənilir. Bununlabağlı dövlət avtomobil nəqliyyatı xidmətinin rəis müavini ibrahim əliyev ''xəzər xəbər'' ə açıqlamasında bildirib. Qurum rəsmisi bölgələrdə fəaliyyət göstərən köhnəlmiş avtobuslarında yenilənməsi üçün iş aparıldığını bildirib.

Azərbaycanda, xüsusi ilə rayonlararası sərnişin daşımada texniki bazası zəif olan, işçilərinə təlim tədris keçməyən daşıcılar fəaliyyət göstərə bilməyəcək.Buna səbəb qanunvericiliyə ediləcək dəyişiklikdir. Beləki Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən daşıcılığla bağlı qaydalara dəyişiklik edilməsi üçün təkliflər hazırlanıb və aidiyyatı dövlət qurumlarına təqdim edilib. Xidmətin rəis müavini İbrahim Əliyevintəkliflərdə iklə daşıyıcıların qarşısına bir sıra tələblərin qoyulması əksini tapıb.

Əsas məqsədi ölkə yollarında təhlükəsizliyi təmin etmək olan proses bir neçə mərhələdə həyata keçiriləcək. İlk mərhələdə təbliğat və təşviqat işi aparılacaq daha sonra isə bütün lazimi sənədlər elektron formada qəbul ediləcək və daşıyıcıya da razılıq və ya əsaslı rədlə bağlı cavab elektron formada veriləcək.

Yeni qaydalar hazırlanaraq aidiyyatı dövlət qurumlarına baxılması üçün göndərilib. Növbəti ilin birinci rübündə yeniliyin qəbul edilməsi gözlənilir. Eyni zamanda ölkəmizdə xüsusi ilə rayonlardan qəsəbə və kəndlərə işləyən köhnəlmiş avtobusların yeniləri ilə əvəz edilməsi üçün qurum tərəfindən aidiyyatı orqanlara danışıqlar aparılır.

Eyni zamanda rayonlardakı avtovağzalların təmir edilməsi və onların tərkibində təmir , tibbi müəssələrin yaradılması üçün də iş aparılır.

Xəbər lenti