Xəzər Xəbər

AMEA-nın Ümumi yığıncağı keçirilib VİDEO

Veb TV | 19:16 • 28 Dekabr 2019
AMEA-nın Ümumi yığıncağı keçirilib

AMEA-da elmi nəticələrin və innovasiya texnologiyalarının işlənib hazırlanması olduqca zəif qurulub". Bu sözləri AMEA-nın prezidenti,akademik Ramiz Mehdiyev akademiyanın ümumi yığıncağında deyib. Onun sözlərinə görə Azərbaycan elmi bir sıra müasir elm sahələrindən, həmçinin yeni iqtisadi modellərin işlənib hazırlanması və tətbiqindən kənarda qalıb. akademik yüksək texnologiyalar parkında da işlərin müasir səviyyədə qurulmadığını bildirib

"Alimlərin beynəlxalq, regional və dövlətin maliyyələşdirdiyi milli elmi layihələrdə iştirakı olduqca zəifdir".Bunu Milli Elmlər AkadmeiyasınınÜmumi yığıncağında çıxış edən Akademiyanın prezidenti, akademik Ramiz Mehdiyev bildirib. Onun sözlərinə görə, son illər akademiya əməkdaşlarının elmi-tədqiqat işlərinə Prezident yanında Elmin İnkişafı Fondu və SOCAR-ın Elm Fondundan 50 milyon manatdan artıq vəsait ayrılıb .Lakin ayrılan vəsaitlə müqayisədə tədqiqatların konkret nəticəsi hələ də görünmür. Dövlət hər il Akademiyaya böyük məbləğdə vəsait ayırır. Lakin əvəzinə demək olar ki, heç bir fayda əldə etmir. Bu istiqamətdə işimizi təhlil edib, yenidən qurmalıyıq.

Akademik deyib ki, Avropa Komissiyası beynəlxalq elmi layihələrə 80 milyon avro vəsait ayırıb.Alimlərimizin bu layihələrdə iştirakı lazımi səviyyədə olmayıb. Bunun nəticəsidir ki, Azərbaycan elmi bir sıra müasir elm sahələrindən, həmçinin yeni iqtisadi modellərin işlənib hazırlanması və tətbiqindən kənarda qalıb"-deyəRamizMehdiyev bildirib.

Akademiyanın prezidentiqeyd edib ki, alimlərin qeyri-neft sektorunun inkişafına real dəstəyi və bu proseslərdə iştirakı ümumiyyətlə hiss olunmur. Bu da öz növbəsində AMEA-nın yalnız büdcə hesabına fəaliyyət göstərən quruma çevrilməsinə gətirib çıxarır. Akademiya büdcəsinin yalnız 2 %-i büdcədənkənar vəsaitlər hesabına təşkil olunur. Bu da onu göstərir ki, akademiyada elmi nəticələrin və innovasiya texnologiyalarının işlənib hazırlanması olduqca zəif qurulub.

Akademiyanın prezidenti bildirib ki,Yüksək Texnologiyalar Parkında da işlər müasir tələblər səviyyəsində qurulmayıb.Elmi fəaliyyət sahəsində mövcud olan nöqsanların, elmi müəssisələrdə tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması işinin düzgün qurulmamasının nəticəsidir ki, hazırkı şəraitdə respublika üçün faydalı ola biləcək yüksək ixtisaslı kadrların xarici ölkələrə, sahibkarlıq fəaliyyəti sahəsinə və digər strukturlara axını günümüzün reallığıdır. Ramız Mehdiyev əlavə edib ki, bütün bu nöqsanların aradan qaldırılması üçün akademiyanın strukturu tamamilə yenidən qurulmalı, onların inkişaf hədəfləri, prioritetləri müəyyənləşdirilməli və təxirəsalınmaz tədbirlər keçirilməlidir.

Akademiyanın iclasında 1-cı vıtse prezidentlər və rəyasət heyətinin yeni tərkibi də seçilib.Humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident İsa Həbibbəyli, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidentləri seçiliblər.

Xəbər lenti