Xəzər Xəbər

Buda ağıllı bağ - Hər bir tərəfə xüsusi qurğular yerləşdirib VİDEO

Veb TV | 19:08 • 28 Dekabr 2019
Buda ağıllı bağ - Hər bir tərəfə xüsusi qurğular yerləşdirib

Buda ağıllı bağ. Hər bir tərəfə xüsusi qurğular yerləşdirib. Torpağın əkilməsindən tutmuş suvarılmasına kimi hər bir incə detal bu qurğular vasitəsi ilə idarə olunur

İlk dəfə Qubada müasir texnologiyaların tətbiq olunduğu "Ağıllı bağ" yaradılır. 15 hektar sahədə salınan bağda aqrotexniki qulluq işləri telefon və ya kompüter vasitəsilə uzaqdan idarə olunacaq.

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu yeni layihənin icrasına başlayıb.

"Ağıllı bağ"da günəş, dolu və şaxtaya qarşı örtük sistemi də yaradılır. Bununla da məhsul itkisinin qarşısı alınacaq.Bu bağların əsas üstünlüyü ondan ibarətdir ki, məhsuldarlıq 25 faiz artacaq. . Bağ salındıqdan sonra cəmi 3 nəfər - su mühəndisi, mexanizator və aqronom becərilmə prosesinə nəzarət edəcək.

Daha bir yenilik "ağıllı bağ"da dədə-baba alma sortlarından ən populyarı "Qızıl Əhmədi"nin və institut tərəfindən yaradılan yeni "Sədəf" sortunun superintensiv qaydada yetişdirilməsi sınaqdan keçiriləcək.

Xəbər lenti