Xəzər Xəbər

Filippində tufan 17 nəfərin həyatına son qoydu VİDEO

Veb TV | 15:30 • 4 Dekabr 2019
Filippində tufan 17 nəfərin həyatına son qoydu

Filippində "Tisoy” tufanı nəticəsində 17 nəfər həyatını itirib.

TASS agentliyi xəbər verir ki,zamanında edilən inzibati müdaxilələr nəticəsində daha çox insan itkisinin qarşısını almaq mümkün olub.

Dövlət orqanlarının xəbərdarlığından sonra yarım milyon insan evlərini tərk edib.

Təbii fəlakət daha çox Sorsoqon ərazisinə ziyan vurub. Paytaxt Manilada üç körpüdə hərəkətə qadağa qoyulub. Ötən gün isə paytaxtda yerləşən ölkənin əsas beynəlxalq aeroportu bağlanıb.

"Tisoy” bu il Filippinə düşən sayca 20-ci tufandır./oxu.az

Xəbər lenti

Çox oxunanlar