Xəzər Xəbər

Bundesliqada şok hadisə: futbolçu baş məşqçini yerə yıxdı - VİDEO

Veb TV | 16:51 • 11 Noyabr 2019
Bundesliqada şok hadisə:

Almaniya Bundesliqasının XI turunda keçirilən "Frayburq” - "Ayntraxt” (1:0) matçında dava düşüb.


Qarşılaşmanın 90+5-ci dəqiqəsində qonaq komandanın üzvü David Abraham meydan sahiblərinin baş məşqçisi Kristian Ştrayxı itələyərək yerə yıxıb. Bundan sonra iki komandanın futbolçuları arasında dava düşüb.


Hakimlərin müdaxiləsindən sonra kütləvi davanın qarşısı alınıb. Referi David Abrahamı meydandan qovub.



Fanat.Az

Xəbər lenti