Xəzər Xəbər

Azərbaycanda ünvanlı sosial yardımın alınması qaydası dəyişir VİDEO

Veb TV | 20:01 • 16 Oktyabr 2019
Azərbaycanda ünvanlı sosial yardımın alınması qaydası dəyişir

Vətəndaşların sosial yardım alması daha da əlçatan olacaq. Belə ki, sosial yardım alan zaman vətəndaşın krediti onun gəliri kimi hesablanmayacaq. Bu isə o deməkdir ki, vətəndaş həm sosial yardım ala biləcək, həm də kreditə çıxış imkanı olacaq.

Ünvanlı sosial yardımın alınması asanlaşdırılır. Bununla bağlı layihədə artıq Nazirlər Kabinetindədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə" Nazirlər Kabinetinin qərar layihəsində Qaydalara müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminat Siyasəti şöbəsinin müdiri Pərviz Cəfərov bildirir ki, nəzərdə tutulan yeniliyə əsasən sosial yardım təyin olunan ailənin orta aylıq gəliri hesablanarkən borc gəlir kimi nəzərə alınmayacaq.

Şöbə müdirinin sözlərinə görə yeni dəyişiklik daha çox insanın social yardım almasına imkan verəcək.

Eyni zamanda, yeni layihədə aztəminatlı ailələrə potensial imkanları müqabilində şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələri və gəlirlərini artırmaları üçün aktiv şəkildə dəstək verilməsi məqsədi də ifadə olunur. Bununla əlaqədar sosial yardım təyin olunan ailənin özünüməşğulluq proqramına cəlb edilməsi də layihədə yer alır.

Xəbər lenti

Çox oxunanlar