Bakı 7 ℃
Xəzər Xəbər
USD 1.7

Saatlıda maraqlı hadisə - kassadan yoxa çıxan pulları siçan aparıbmış - VİDEO

Veb TV | 1,726 | 19:12, 10 Oktyabr
Saatlıda maraqlı hadisə -

Saatlıda mağaza sahibinin başına maraqlı hadisə gəlib.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Xanlar kəndində ərzaq mağazası işlədən Rəhman Piriyev kassadan pulun yoxa çıxdığını görüb. O, hər gün səhər mağazaya gələrkən axşam sayıb kassaya qoyduğu pulların əskik olduğunun şahidi olub.

Hadisədən təşvişə düşən Rəhman Piriyev mağazada olan kameraya baxmaq qərarına gəlir. Məlum olur ki, kassadakı pulları siçan aparırmış. Görüntülərdən aydın olur ki, siçan 11 dəqiqə ərzində 324 manat pulu öz yuvasına daşıyıb.

Mağaza sahibi pulları siçanın yuvasından götürüblər. Dediklərinə görə, pulların hec biri zədələnməyıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Çox oxunanlar