Xəzər Xəbər

“Papanin yolu” yeddi il sonra açıldı VİDEO

Veb TV | 19:25 • 22 Sentyabr 2019
“Papanin yolu” yeddi il sonra açıldı

Bakıda daha bir yol istifadəyə verilib. Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, "Papanin" kimi tanınan ərazidə 7 ilə yaxındır bağlı olan yol artıq sürücülərin ixtiyarına verilib. Şəhərin əsas nəqliyyat qovşaqlarından biri hesab olunan bu yolun açılması həm sürücülərin, həm də piyadaların hərəkətində rahatlıq yaradıb.

Paytaxtda daha bir yol istifadəyə verildi.7 ildir bağlı olan yol yenidən təmir edilib.

Söhbət Nəsimi rayonu, Ceyhun Səlimov küçəsindən gedir. "Papanin" kimi tanınan ərazidə metro çəkilişi ilə bağlı yoldan uzun müddətdir ki, istifadə məhdudlaşdırılmışdı.

Sürücülər deyi rki,ərazidə metrostansiyanın tikintisi uzun illər idi ki, magistralın bağlı olmasına, dolayısı ilə avtomobillərin hərəkətində maneələrin yaranmasına və tıxaclara səbəb olurdu.Həmçinin yaxınlıqda yerləşən hərbi xəstəxanaya gediş-gəliş də çətinləşmişdi.

Qeyd edək ki, yolun bağlı olması səbəbindən sürücülər daha çox Tbilisi prospektindən istifadə edirdi.

Xəbər lenti

Çox oxunanlar