Xəzər Xəbər

Sami Yusifin “Sığmazam”ı rekord qırır VİDEO

Veb TV | 10:57 • 13 Sentyabr 2019
Sami Yusifin “Sığmazam”ı rekord qırır

Azərbaycan əsilli britaniyalı məşhur müğənni Sami Yusifin görkəmli şair, mütəfəkkir İmadəddin Nəsiminin "Sığmazam” qəzəli əsasında hazırladığı yeddi dəqiqəlik kompozisiyası Yutub sosial şəbəkəsində böyük maraqla qarşılanıb.

XəzərXəbər xəbər verir ki, cəmi 3 gündür Sami Yusifin Yutub kanalına yerləşdirilən video artıq 730 min baxış toplayıb.

Sözügedən kompozisiya hazırda yerli trend videolar siyahısında birinci sıradadır.

Qeyd edək ki, iyulun 30-da Bakıda Heydər Əliyev Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində Azərbaycan əsilli müğənni Sami Yusifin görkəmli şair, mütəfəkkir İmadəddin Nəsiminin "Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiya səsləndirilib. Sami Yusif həmin kompozisiyanı sentyabrında 9-da öz Yutub kanalında paylaşdıqdan sonra bu ifa böyük rezonans doğurub.

Xəbər lenti