Xəzər Xəbər

İsmayıllıda bu il kartof boldur - VİDEO

Veb TV | 20:52 • 28 Avqust 2019
İsmayıllıda bu il kartof boldur -

İsmayıllı rayonunda bu il kartof sahələrində bol məhsul var. Artıq məhsulun yığımı aparılır.

Xezerxeber.az-ın məlumatına görə, rayonda bir neçə fermer hektarlarla kartof əkib. Artıq üç ildir ki, İsmayıllıda kartof sənaye üsulu ilə yetişdirilir. İş icraçısı Tural Cəbiyev deyir ki, 190 hektar sahədə kartof əkilib. Kartofun torpaqdan çıxarılma prosesi texnikalar vasitəsilə həyata keçirilir. Bu isə iş günü ərzində 10 hektarlarla torpağın məhsulunun yığılmasına imkan yaradır.

Becərilən məhsul əsasən yerli bazarda satılır. Ancaq bu il məhsul bol olduğundan xəricə də göndərmək imkanı olacaq.

Kartof əkənlər məhsuldarlıqdan razıdır. Sahibkarlar hektardan orta hesabla 40-50 ton məhsul götürürlər. Hələki toplanan məhsul anbarlara yığılır. Bir müddətdən sonra satışa göndəriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti

Çox oxunanlar