Xəzər Xəbər

Azərbaycan gənc fotoqrafın gözü ilə...- "Bəzən bir görüntü üçün günlərlə ac qalmışam" - VİDEO

Veb TV | 19:47 • 10 Avqust 2019
Azərbaycan gənc fotoqrafın gözü ilə...-

Onun çəkdiyi görüntülərdə Xınalığı Alp dağlarına, Mingəçeviri isə Amerikanın ştatlarına bənzədirlər...

Xezerxeber.az-ın məlumatına görə, 25 yaşlı fotoqraf Vahid Həsənov Azərbaycanı qarış-qarış gəzərərk fərqli foto və videolar çəkir. Onun hazırladığı video və fotolara baxanlar isə Azərbyacanı fərqli bir tərəfdən kəşf etmiş olur.

Vahid Həsənov deyir ki, bəzən bir görünütünü çəkmək günlərlə gözləməli olur.

Bütün foto və videoları öz hesabına ərsəyə gətirən fotoqrafın sözlərinə görə, yaxşı görüntünü əldə etmək üçün həyatını belə təhlükəyə atmalı olur. Sonuncu çəkilişlərdə onun texnikasının bir çoxu sıradan çıxıb.

Hazırda cənub bölgəsində səfərdə olan fotoqraf Masallı, Lənkəran və digər rayonlardan foto və videolar hazırlayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti