UEFA 2018/2019 mövsümünün ən yaxşı qoluna namizədləri açıqlayıb.
XəzərXəbər xəbər verir ki, UEFA-nın texniki müşahidəçiləri qurumun ötən mövsümün turnirlərindən ən yaxşı qolları seçiblər. Sonra UEFA-nın ekspertləri qolların sayını 10-a qədər azaldıb.
Mövsümün 10 ən yaxşı qoluna namizədlər sırasında "Sportinq"in sabiq futbolçusu, hazırda "Orlando Siti"də çıxış edən Naninin Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a vurduğu qol da yer alıb.
Mövsümün ən yaxşı qolunu azarkeşlər UEFA-nın rəsmi saytında aparılacaq sorğuda müəyyən edəcəklər. Qalib 9 avqustda məlum olacaq.
Ötən mövsümün ən yaxşı qoluna namizədlər:
Danilo (Portuqaliya - Serbiya -1:1)
AÇ-nin seçmə mərhələsi, 2-ci tur, 25.03.2019
David Fopala ("Apollon” - "Latsio” -2:0)
Avropa Liqası, qrup mərhələsi, 29.11.2018
Lionel Messi ("Barselona" - "Liverpul" -3:0)
Çempionlar Liqası, 1/2 final, 01.05.2019
Enso Milyo (Fransa - Çexiya - 6:1)
17 yaşlıların Avropa çempionatı, 1/4 final, 12.05.2019
Nani ("Qarabağ" - "Sportinq" - 1:6)
Avropa Liqası, qrup mərhələsi, 29.11.2018
Pedro Rodriqes ("Çelsi" - "Slaviya" - 4:3)
Avropa Liqası, 1/4 final, 18.04.2019
İvan Rakitiç ("Tottenhem" - "Barselona" -2:4)
Çempionlar Liqası, qrup mərhələsi, 03.10.2018
Kristiano Ronaldo ("Yuventus" – "Mançester Yunayted" 1:2)
Çempionlar Liqası, qrup mərhələsi, 07.11.2018
İsmaila Sarr ("Renn" - "Yablonets" - 2:1)
Avropa Liqası, qrup mərhələsi, 20.09.18
Katerjina Svitkova ("Slaviya" - "Bavariya" - 1:1)
Qadınlar arasında Çempionlar Liqası, 1/4 final, 20.03.2019