Xəzər Xəbər

İstehsalatda bədbəxt hadisələrin sayını necə azaltmaq olar? - RƏSMİ CAVAB - VİDEO

Veb TV | 20:12 • 22 İyul 2019
İstehsalatda bədbəxt hadisələrin sayını necə azaltmaq olar? -

Üç gün əvvəl Ağstafa rayonunda "KamAz" markalı avtomobilin təkərinin partlaması nəticəsində ustanın sol əlinin ikinci və üçüncü barmaqları ilə sağ gözü amputasiya edilmişdi.

Bir müddət əvvəl isə Şirvanda usta "KamAz"ın təkərini dəyişərkən ehtiyatsızlıqdan təkər onun başına dəymişdi. Hadisə nəticəsində kəllə-beyin travması alan usta dünyasını dəyişmişdi.

Xezerxeber.az-ın məlumatına görə, belə hallar istehsalatda təhlükəsizlik məsələsini gündəmə gətirir.

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Azər İsmayılov deyib ki, bənzər hadisələr demək olar ki, il ərzində bir neçə dəfə təkrarlanır. Bunun qarşısını almaq üçün, xüsusən də iri yük avtomobillərinin təkərini dəyişən zaman xüsusi avadanlıqlardan istifadə edilməlidir.

Azər İsmayılov bildirib ki, istehsalatda çalışanların ani diqqətsizliyi əmək qabiliyyətinin birdəfəlik itməsi, bəzi hallarda isə ölümlə nəticələnir.

Onun sözlərinə görə, istehsalatda bədbəxt hadisələrin qarşını almaq üçün Dövlət Əmək Müfəttişliyi Xidməti işçilər və işəgötürənlər arasında mütəmadi olaraq maarifləndirmə işləri həyata keçirir. Qaydalara əməl etməyən işəgötürənlər isə 1000-2000 manat məbləğində cərimələnir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar