Xəzər Xəbər

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - AÇIQLAMA - VİDEO

Veb TV | 18:48 • 14 İyul 2019
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? -

Dünəndən başayaraq bu gün də küləkli, qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə intensiv leysanla müşahidə olunub. Ən çox yağıntı Böyük Qafqazda-Balakən, Zaqatala, Qax və Şəkidə qeydə alınıb.

Xezerxeber.az-ın məlumatına görə, hidrometeoroloqlar isti havaların yenidən qayıdacağı proqnozunu verir. Proqnoza görə, bir neçə gündür davam edən küləkli hava şəraiti axşama doğru mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib ki, iyulun 15-dən etibarən paytaxtda havanın temperaturu 32 dərəcəyədək qalxacaq.

Qeyri-sabit hava şəraiti bölgələrdə də iyulun 15-dək davam edəcək.

Havanın temperaturunun tədricən yüksəlməsi iyulun 16-dan etibarən də müşahidə ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar