Xəzər Xəbər

Yay aylarında yükdaşımaları çoxalır VİDEO

Veb TV | 19:23 • 23 İyun 2019
Yay aylarında yükdaşımaları çoxalır

Yay aylarında yükdaşımaları çoxalır. Söhbət əsasən ev əşyalarının bağ vəhəyət evlərinə daşınmasından gedir. Vətəndaşlar yükdaşıma şirkətləri ilə yanaşı fərdi qaydada xidmət göstərən yük maşınlarının sürücülərinə də müraciət edirlər. Bəs qiymətlər necədir? Yüklərin daşınarkən ünvana təhlükəsiz çatırılması ilə bağlı zəmanət verilirmi?

Havalar isindiyindən yayı bağda keçirənlərin sayı çoxalır. Yay aylarında ev əşyalarını bağa aparanların sayı çox olduğundan yükdaşımalara tələbat artıb.

Apardığımız sorğu zamanı müəyyən oldu ki, insanların çoxu hələ də fərdi qayda xidmət göstərən yük maşınlarına müraciət edirlər. Onlar bunu qiymətlərin aşağı olması ilə əlaqələndirirlər.

Bəs yük maşınlarının sürücüləri qiymətləri nəyə görə müəyyən edir?

Fərdi qaydada fəaliyyət göstərənlər deyir ki, onlarla müştər arasında yüklərin ünvana təhlükəsiz çatrırılmasıilə bağlı yazılı razılaşma olmur. Sadəcə olaraq şifahi qaydada əmlak sahibinə yüklərin təhlükəsiziliyi ilə bağı təminat verilir.

Yükdaşıma şirkətləri də qiymətləri yükün aparılacağı ünvanın məsafəsinə görə müəyyən edir.

Mebellər işçi qüvvəsi tərəfindən yox, ustalar vasitəsi ilə sökülüb yığılır. Bir dəst mebelin sökülüb yığılması isə 50 manata başa gəlir.

Bununla bərabər, aparılan yüklər sığortalanır. Yəni yüklərin daşınması zamanı əşyalara dəymiş zərər şirkət tərəfindən ödənilir.

Xəbər lenti

Çox oxunanlar