Xəzər Xəbər

Təyyarə QƏZAYA UĞRADI: hava limanının yolları BAĞLANDI VİDEO

Veb TV | 14:26 • 22 İyun 2019
Təyyarə QƏZAYA UĞRADI: hava limanının yolları BAĞLANDI

ABŞ-ın Havay ştatında təyyarə qəzası baş verib.

Oahu adasında "Beechcraft King Air” model iki pərvanəli təyyarə Dillinqham hava limanı yaxınlığında qəzaya uğrayıb.

Nəticədə 9 nəfər ölüb. Qəzadan sonra hava limanına gedən magistral yol ikitərəfli bağlanıb.

Təyyarədəki 7 sərnişin paraşütçü, digər iki nəfər isə pilot olub.

Qəzanın səbəbi, hələ ki, məlum deyil./publika.az