Xəzər Xəbər

Bakı Olimpiya Stadionu Elit stadionlar sırasında VİDEO

Veb TV | 18:47 • 6 İyun 2019
Bakı Olimpiya Stadionu Elit stadionlar sırasında

UEFA Bakı Olimpiya Stadionunu elit stadionlar siyahısına salıb və müvafiq sənədlə təltif edib. Bu isə ölkəmizin tarixində bir ilkdir və uefa avropa liqasının final qarşılaşmasının qüsursuz təşkil edildiyi üçün stadiona verilib. Mütəxəssislər bu arenada bütün beynəlxalq yarışların rahatlıqla təşkil edilə biləcəyini deyirlər.

Dünyanın ən məşhur stadionlarının aldığı mükafat Bakı Olimpiya Stadionuna da verilib. Belə ki, bu stadion UEFA-nın Elit Stadionlar siyahısına daxil edilib.

Futbol mütəxəssisi Şahin Diniyev bildirir ki, mükafatın verilməsinə səbəb, dünyanın ikinci ən nüfuzlu klub turniri olan UEFA Avropa Liqasının final qarşılaşmasının məhz bu stadionda qüsursuz keçirilməsidir.

Şahin Diniyev bildirir ki, ölkəmizdə bütün qurumların koordinasiya şəkildə işləməsi sayəsində, hətta siyasi təzyiqlərə baxmayaraq, maraqlı oyun təşkil edildi. Bütün amillərə baxdıqda görmək olar ki, Bakıdakı final Madriddəki finala nisbətdə daha yaxşı təşkil edilmişdi.

Qeyd edək ki, bu mükafat "Allianz Arena", "Aviva Stadium", "Kamp Nou" və "Santiago Bernabeu" kimi dünyaca məşhur arenalara da verilib.

Xəbər lenti