Xəzər Xəbər

Bakıda mikroavtobus dəmir hasara çırpıldı VİDEO

Veb TV | 19:37 • 3 İyun 2019
Bakıda mikroavtobus dəmir hasara çırpıldı

Mikroavtobus sürücüsünün ehtiyatsızlığı qəzaya səbəb oldu..Nəticədə 1 nəfər öldü..

Yol qəza hadisəsi Ələt-Astara magistralının 185-ci km-də Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib. Liman şəhər sakiniİxtiyar Şüşəxanov idarə etdiyimikroavtobusla eyni istiqamətdə hərəkətdə olan Cəlilabad rayon sakini İlkin Rzayevə məxsusminik avtomobili ilə toqquşub. Toqquşmadan sonra istiqamətini dəyişən mikroavtobusyol kənarındakı beton səkiyə və dəmir hasara çırpılıb.

Nəticədə mikroavtobusda olan sərnişin Liman şəhər sakini35 yaşlı Vüqar Rzayev aldığı xəsarətlərdən yerindəcə keçinib.Sürücüİxtiyar Şüşəxanov isə qapalı kəllə beyin travması, sol diz sümüyünün açıq sınığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq renimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda isə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsibaşverib. Hadisə şəhərin Səməd Vurğun küçəsində, 4 nömrəli şəhər xəstəxanasının qarşısında qeydə alınıb.Yolu keçmək istəyən 40 yaşlı Ramil Müseyibovu, Samir Cəbrayılovun idarə etdiyi30 nömrəli marşrut avtobusu vurub.Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılsa da orada ölüb.Faktla bağlı araşdırma aparılır.

Bu arada Sumqayıtda 7 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus qəfildən alışmağa başlayıb.Sürücüavtobusu saxlamağa müvəffəq olub və nəqliyyat vasitəsindəolan sərnişinlər dərhal endirilib.Hadisəyerinə yanğınsöndürənlər cəlb edilib və yanğının avtobusun digər hissələrinə keçməsinin qarşısıalınıb.Hadisə zamanı xəsarət alanolmayıb.

Xəbər lenti