Xəzər Xəbər

Neftçalada sarımsaq yığımı başlayıb - fermerlər məhsulun ucuzluğundan gileylənir - VİDEO

Veb TV | 20:43 • 2 İyun 2019
Neftçalada sarımsaq yığımı başlayıb -

Neftçalada sarımsaq yığımına başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, fermerlər yüksək məhsuldarlığa nail olsalar da, becərdikləri məhsulun satış qiyməti aşağıdır.

Onların sözlərinə görə, bu mövsüm alıcı var, amma qiymət onların ürəyincə deyil. Odur ki, kəndlilər sarımsağı ucuz satmamaq üçün toplanan məhsulu anbarlara yığacaqlar.

Şirəliyev qardaşları 4 hektar ərazidə sarımsaq əkiblər. Görülən aqrotexniki tədbirlər hesabına yüksək məhsuldarlığa nail olublar. Amma məhsul yığımına başlamamış sarımsağın qiyməti aşağı düşüb. Hazırda alıcılar sarımsağın hər kiloqramına görə təklif olunan 50 qəpik məhsulun maya dəyərindən də aşağıdır.

Qeyd edək ki, sarımsaq yerli bazarla yanaşı, Rusiyaya da aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti