Xəzər Xəbər

İnam Kərimov: Bu il yüksək məhsuldarlıq əldə olunacaq VİDEO

Veb TV | 18:45 • 1 İyun 2019
İnam Kərimov: Bu il yüksək məhsuldarlıq əldə olunacaq

Ramazan Bayramı münasibətilə paytaxtda kənd təsərrüfatı məhsulları yarmarkaları təşkil olunacaq.

Bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib. Onun sözlərinə görə, süni qiymət artımına yol verilməməsi üçün yarmarkalara ciddi nəzarət olunacaq.

Nazir taxıl biçini məsələsinə də toxunaraq qeyd edib ki, bu il kombayn çatışmazlığı olmayacaq. Bu məqsədlə səyyar qruplar yaradılıb.

İnam Kərimov çəyirtkələrin sahələrə daraşması problemindən də danışaraq qeyd edib ki, bu həşəratların ziyan vermək riski çoxdur. Bu cür hallarda fermerlərə dəyən ziyanın ödənməsi üçün "Aqrar sığorta haqqında" qanun layihəsi hazırlanıb və yaxın vaxtlarda qəbul edilməsi gözlənilir.

Bu arada, Azərbaycan Dövlət Aqrar Universitetində Məzun Günü və 11-ci məzun yarmarkası keçirilib.

Xəbər lenti