Xəzər Xəbər

"Azərxalça" əhalidən yun alışına başlayır VİDEO

Veb TV | 18:55 • 1 İyun 2019
"Azərxalça" əhalidən yun alışına başlayır

"Azərxalça" ASC-nin Bərdə regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi istifadəyə verilib. Qarabağ bölgəsindən toplanan yun məntəqəyə təhvil verilərək çeşidlənir. Hazırda məntəqənin 24 daimi işçisi var. Dövlət vəsaiti ilə tikilən müəssisədən bölgədəki 17 rayonun fermerləri istifadə edəcəklər.

Bu ilin may ayının 10-da istifadəyə verilmiş müəssisə fəaliyyətini tam sürətlə davam etdirir.

Bərdə rayonunda "Azərxalça" ASC-ninregional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi yun istehsal edən fermerlər üçün yeni imkandır. Artıq məntəqədə yun qəbuluna başlanıb.

Prezidentin tapşırığı ilə dövlət vəsaiti hesabına tikilən müəssisə 17 rayonun fermerlərinin istifadəsinə verilib.

Bərdə regional tədarük məntəqəsində ildə 300 tona qədər yun qəbul olunacaq. Bu məntəqələr heyvandarlığın inkişafına da müsbət təsir göstərəcək. Xüsusilə də qoyunçuluq təsərrüfatları ilə məşgul olan fermerlərin yun satışı probleminin həllinə imkan verəcək.

Yun tədarükü zamanı xalça toxunması üçün iplik istehsalına yararlı olan yunun qəbuluna üstünlük verilir. Bu işin yüksək səviyyədə təşkili məqsədilə maarifləndirici tədbirlər də keçirilib. Bu məntəqədə növbəti ildən boyaq bitkiləri də qəbul olunacaq. Qarabağ bölgəsi ərazisi boyaq bitkiləri ilə zəngindir. İnsanlar onları toplayıb tədarük məntəqəsinə təhvil verməklə həm də əlavə qazanc əldə edəcəklər. Həm yun, həm də boyaq bitkiləri ilboyu qəbul ediləcək.

Xəbər lenti