Xəzər Xəbər

Heydər Əliyev Fondu Xalq artisti Ramiz Əzizbəyliyə avtomobil hədiyyə edib - VİDEO

Veb TV | 19:50 • 31 May 2019
Heydər Əliyev Fondu Xalq artisti Ramiz Əzizbəyliyə avtomobil hədiyyə edib -

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Ramiz Əzizbəylinin rahat hərəkətini təşkil etmək üçün Heydər Əliyev Fondu tərəfindən Xalq artistinə avtomobil hədiyyə olunub.

Xezerxeber.az-ın məlumatına görə, avtomobil aktyorun qızı Cəlalə Əzizbəyliyə təqdim edilib.

Heydər Əliyev Fondu, eyni zamanda aktyorun yaşadığı mənzilin təmir işlərini öz üzərinə götürüb və bu yaxınlarda mənzildə təmir işlərinə başlanılacaq.

Ramiz Əzizbəyli ona göstərilən diqqətə və qayğıya görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

"Xəzər Xəbər"in əməkdaşları Xalq artistinin evində olub, onunla söhbət ediblər. 

Həmin materialı təqdim edirik:


Xəbər lenti