Xəzər Xəbər

Nazirlik bu restoranlarda pozuntu halları aşkarladı VİDEO

Veb TV | 19:13 • 10 Aprel 2019
Nazirlik bu restoranlarda pozuntu halları aşkarladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyibəzi şadlıq evlərinə növbəti dəfə xəbərdarlıq edib. Havaya tüstünün, iy-qoxunun yenidən yayılması ilə bağlı nazirliyə çoxsalı şikayət daxil olub. Bununla əlaqədartəkrar monitorinqlərə başlanılıb. Monitorinqlər zamanı təmizləyici qurğuların filtrlərinin vaxtaşırı təmizlənmədiyi səbəbindən 31 obyektdən havaya yenə də normadan artıq tullantıların atıldığı məlum olub.

Bir restoran filterlərinin dəyişdiyini bildirdi. Digəri isə hələ filterlərinin dəyişdirlmək vaxtının çatmadığını dedi.

Edilən xəbərdarlıqlara baxmayaraq bəzi restoran və şadlıq sarayları bu tapşırıqlara riayət etməyib.Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bəzi şadlıq sarayları və restoranlardan havaya tüstünün, iy-qoxunun yenidən yayılması ilə bağlı şikayətlər daxil olub.

Aparılanmonitorinqlər zamanı təmizləyici qurğuların filtrlərinin vaxtaşırı təmizlənmədiyi səbəbindən 31 obyektdən havaya yenə də normadan artıq tullantıların atıldığı məlum olub.

Nazirlik rəsmisi resyoran sahiblərinin tələblərə ciddi yanşmasını tövsiyyə edib. Əks təqdirdə ciddi cəza tədbirləri görüləcək.

Nazirlik rəsmisi onu da bildirib ki, təmizləyici qurğuların quraşdırılması ilə iş bitmir. Filtirlər vaxtında dəyişdirilməli və qurğulara qulluq olunmalıdır. Qeyd edək ki,həmin filtirlərin yuyulması 100-150 manata başa gəlir. Filtirlərin dəyişdirilməsinin qiyməti isəölçüsündən və sayından asılı olaraq dəyişir.

Xəbər lenti