Xəzər Xəbər

Sığırlı kəndinin otlaq sahələri sakinlərin xəbəri olmadan satılıb VİDEO

Veb TV | 19:07 • 10 Aprel 2019
Sığırlı kəndinin otlaq sahələri sakinlərin xəbəri olmadan satılıb

Kürdəmir rayon Sığırlı kənd sakinləri otlaq sahələrindən istifadə edə bilmirlər.

Mal-qaranınotlaqsahələrinin ətrafıqazılıb,giriş hissəsinə qapı qoyularaq qıfıl vurulub. Səbəb isə Sığırlı kənd bələdiyyə sədrinin otlaq sahələrini müqavilə ilə satmasıdır. İndi yerli sakinlər heyvanlarını otarmaq üçün yer tapa bilmirlər.

Sakinlərin sözlərinə görə, 99 illik müqavilə əsasında satilan 100 hektardan çox otlaq sahəsi kəndın ətraf əraziləridir. Otlaq sahələrinin olmaması səbəbindən heyvanlar həyətdən kənara çıxa bilmir.

Sakinlər uzləşdiyi problemlə bağlı rayon icra hakimiyyətinin qəbulunda da olublar. İcra başçısının rəhbərliyi ilə komissiya yaradılıb. Hazırda ərazilərə baxış keçirir.

İndi sakinlər həmin ərazidə olan taxıl sahələrinin biçilməsini gözləyir.

Xəbər lenti

Çox oxunanlar