Xəzər Xəbər

Gülünc səbəbdən kütləvi dava başladı, polis qüvvələri cəlb olundu - VİDEO

Veb TV | 14:41 • 23 Mart 2019
Gülünc səbəbdən kütləvi dava başladı,

"YouTube” blogerləri o qədər məşhurlaşıb ki, adamlar onlara görə davaya da çıxır. Almaniyada belə hadisə baş verib. Görüntülər "İnstagram”da yayılıb.

Blogerlər – Ştutqartdan Tatsbəkir və Berlindən Bahar Əl Amud arasında münaqişə yaranıb. Onlar Berlinin mərkəzi meydanında görüş təyin edib, pərəstişkarlarını da çağırıblar. Görüşə 400-ə qədər adam gəlib. Gələnlərin arasında yeniyetmələr də olub.

Görüş davasız ötüşməyib. 50 nəfər davada iştirak edib, 2 nəfərin bıçağını polis onların əlindən alıb. 100-ə qədər polisin müşahidə etdiyi görüşü axırda gözyaşardıcı qazla dağıtmaq lazım gəlib. 9 nəfər həbs olunub. Dava 4,5 saatdan sonra yatırılıb./bizimyol

Xəbər lenti