Xəzər Xəbər

Məşhur restoranın mətbəxində iyrənc hadisə Siçanlar "bayram" edir - VİDEO

Veb TV | 15:06 • 3 Fevral 2019
Məşhur restoranın mətbəxində iyrənc hadisə

İsrailin Hayfa şəhərində fəaliyyət göstərən "Domino's Pizza” restoranında tükürpədən vəziyyət qeydə alınıb.

Gil Yehuda adlı bir şəhər sakini restoranın mətbəxində pizzanın bişirilməsində istifadə edilən məhsulların üzərində 4 siçanın gəzdiyinə dair videoçəkib.

O, hadisəyə yoldan keçərkən şahid olub. Restoranın pəncərəsindən heyrətlə gördüklərinə baxan Yehuda video çəkərək mətbuata verib.

"Domino's Pizza” olaya görə ictimaiyyətdən üzr istəyib və restoran bağladılıb.

publika.az

Xəbər lenti