Xəzər Xəbər

Braziliyadakı dəhşətli qəzanın görüntüləri ANBAAN KAMERADA - VİDEO

Veb TV | 14:05 • 3 Fevral 2019
Braziliyadakı dəhşətli qəzanın görüntüləri

Braziliyada yanvarın 25-də su bəndinin dağıldığı anın görüntüləri yayılıb.

110 nəfərin öldüyü bu dəhşətli hadisə anının görüntüləri ölkənin Band Tv telekanalında yayımlanıb.

Hadisə nəticəsində 238 nəfər itkin düşüb, ölənlərin isə yalnız 71-nin şəxsiyyəti məlum olub. Rəsmilər ölüm sayının artmasından narahatdır.

Təxminən 13 milyon kub/metr zibilin tökülməsinə səbəb olan faciə ilə əlaqədar şirkətin 5 mühəndisi ifadə verib, onlardan 3-ü həbs edilib.

Hadisədən sonra ərazidən təxminən 3 min nəfər təxliyə edilib. Qəzada ölənlərin ailələrinə şirkət tərəfindən 26 400 dollar veriləcəyi bildirilir./publika.az




Xəbər lenti