Xəzər Xəbər

Bakıda avtobus dayanacaqları taksilər tərəfindən zəbt edilir - VİDEO

Veb TV | 20:37 • 25 Yanvar 2019
Bakıda avtobus dayanacaqları taksilər tərəfindən zəbt edilir -

Bakıda avtobus dayanacağı taksi sürücüləri tərəfindən zəbt edilir. Bu vəziyyət ərazidə bir çox problemlərə səbəb olur. Mövcud vəziyyətə görə avtobus sürücüləri 2 və 3-cü zolaqda saxlamalı olurlar. Bu isə həm tıxaca səbəb olur, həm də sərnişinlərin həyatını təhlükəyə atır.

Xezerxeber.az-ın məlumatına görə, söhbət metronun ''Neftçilər'' stansiyasının yaxınlığındakı avtobus dayanacağından gedir.

İlk baxışdan taksi dayanacağını xatırladan görüntülərdən aydın olur ki, taksilərin dayanacağı zəbt etməsi avtobus sürücülərinə çətin anlar yaşadır. Taksi sürüclərinə "Niyə burada saxlayırsız" sualını verəndə isə müxtəlif cavablar aldıq.

Xətt nəzarətçiləri deyir ki, taksilərə görə avtobuslar məcbur olaraq 2, 3-cü zolaqda saxlamalı olurlar. Belə olan halda isə onların avtobuslarına bir neçə dəfə cərimə yazılır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bildirdi ki, həmin ərazidə avtobuslar üçün yaradılan xüsusi ciblərdə taksilərin dayanması qadağandır. Artıq həmin hissədə taksilərin qanunsuz dayanmasına qarşı Agentlik tədbirlərə başlayıb. Bundan sonra dayanacağın yerləşdiyi əraziyə nəzarət daha da gücləndiriləcək və orada qanunsuz dayananlar birmənalı olaraq cərimə ediləcəklər. Sırf həmin hissədə qanunsuz parklanmanın qarşısını almaq üçün əraziyə kamera da quraşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti