Xəzər Xəbər

Öküz çaparı tamaşaçıların gözü qarşısında öldürdü VİDEO

Veb TV | 10:10 • 21 Yanvar 2019
Öküz çaparı tamaşaçıların gözü qarşısında öldürdü

Öküz arxa ayaqları ilə idmançının sinəsinə zərbə vurub.

Dünyanın ən güclü çaparlarından biri 25 yaşlı Meyson Lou ABŞ-ın Kolorado ştatının Denver şəhərində öküzlə çıxışı zamanı həlak olub.

Meyson öküzün belinə özünü saxlamağa çalışarkən, heyvan onu tullayıb. Arxa ayaqları ilə kovboyun sinəsinə zərbə vurub.

Çapar sinəsindən tutaraq ayağa qalmağa çalışsa da, alınmayıb. İdmançını meydandan xərəklə çıxarıblar.

Meyson Lou 7 il idi ki, rodeo ilə məşğul olurdu. Son mövsüm çıxışlarının 70 faizində qələbə əldə etmişdi.

AzNews.az

Xəbər lenti