Xəzər Xəbər

Türkiyə səfiri: “20 Yanvar milli qürur günüdür” VİDEO

Veb TV | 16:09 • 20 Yanvar 2019
Türkiyə səfiri: “20 Yanvar milli qürur günüdür”
"20 Yanvar Azərbaycanın müstəqillik qazanmasında əsaslı dönüş oldu"


XəzərXəbər xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

"Bu gün matəm günüdür. 1990-ci ilin bu günü bir çox qardaşlarımızı şəhid verdik. Dərdimiz böyükdür. Eyni zamanda bu Azərbaycanın süverənlik tarixində önəmli gündür. Çünki 20 Yanvar tarixi Azərbaycanın müstəqilliyin qazanmasında əsaslı dönüş oldu".

Səfir, həmçinin qeyd edib ki, 20 Yanvar milli qürur günüdür: "Bu qürur yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür. Biz də o gün şəhid verənləri sayqı ilə anırıq".


Xəbər lenti