Xəzər Xəbər

"Konsulluq xidmətləri bütün “ASAN Xidmət” mərkəzlərində VİDEO

Veb TV | 20:11 • 17 Yanvar 2019
"Konsulluq xidmətləri bütün “ASAN Xidmət” mərkəzlərində

Artıq, konsulluq xidmətləri də "ASAN xidmət" mərkəzlərində həyata keçiriləcək. Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin mətbuat katibi Elnur Niftəliyevin sözlərinə görə, mərkəzlərdə xidməti və diplomatik pasportların verilməsi və dəyişdirilməsi kimi bir sıra xidmətlər həyata keçiriləcək.

''ASAN Xidmət'' həmçinin xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan vətəndaşlarına konsulluq xidmətlərinin "elektron hökumət" portalı vasitəsilə elektron qaydada göstərilməsini təmin edəcək.

Vətəndaşlar bu xidmətlərdən martın 1-dən yararlana biləcəklər.

Xəbər lenti