Xəzər Xəbər

Sabirabadda iki qardaş bıçaqlandı - QADIN ÜSTÜNDƏ VİDEO

Veb TV | 19:57 • 17 Yanvar 2019
Sabirabadda iki qardaş bıçaqlandı - QADIN ÜSTÜNDƏ

Məhkəmənin qərarı ilə boşanan qadının yenidən həyat yoldaşı ilə barışmasını onun valideynləri narazılıqla qarşılayıblar. Gəlinin atası və qardaşı oğlan evinə gedərək, mübahisə ediblər. Tərəflərin mübahisəsi bıçaqlanma ilə nəticələnib və 4 nəfər xəstəxanaya müraciət edib. Hadisə Sabirabadda baş verib.

Ayrılan cütlüyün yenidən barışması onların valideynləri arasında mübahisəyə səbəb olub və bu mübahisə bıçaqlanma ilə nəticələnib.

Hadisə ötən gecə saat 00:30 radələrində Sabirabad rayonunun Qaragüney kəndində baş verib. 62 yaşlı Tofiq Məmmədov və onun qardaşı 51 yaşlı Rafiq Məmmədov bıçaq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər. Hər iki qardaş əməliyyat olunub.

Hadisənin digər iştirakçıları - Qaragüney kənd sakinləri, 69 yaşlı Eldar Abbasov və 36 yaşlı Sənan Nağıyev isə xəstəxananın Travmatologiya şöbəsinə yerləşdiriliblər, onlar ambulator müayinə olunduqdan sonra evə buraxılıblar.

Məlum olub ki, Eldar Abbasovun qızı Tofiq Məmmədovun oğlu ilə evli olub. Onlar bir müddət əvvəl məhkəmənin qərarı ilə boşansalar da, yaxın günlərdə razılığa gələrək yenidən bir araya gəliblər. Gəlinin atası Eldar Abbasov buna etiraz edərək, oğlanın evinə gedib və orada mübahisə düşüb.

Mübahisə böyüyüb və tərəflər bir-birlərinə xəsarət yetiriblər. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər lenti