Xəzər Xəbər

İŞİD ABŞ əsgərlərinə belə HÜCUM ETDİ: 14 ölü, 20 yaralı - ANBAAN VİDEO

Veb TV | 19:23 • 16 Yanvar 2019
İŞİD ABŞ əsgərlərinə belə HÜCUM ETDİ:

Bölgədən gələn məlumatlara görə, partlayış nəticəsində 14 nəfər ölüb.Ölənlərdən 4-ü Amerika əsgəri, 9-u dinc vətəndaş, biri isə PKK döyüşçüsüdür.

Terror hücumuna görə, məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

İnternetdə partlayışın görüntüləri yayılıb. Partlayış anının anbaan görüntülərini buradan izləyə bilərzinir.

***

Qətərin "Əl-Cəzirə" telekanalının məlumatına görə, partlayış nəticəsində ən azı 9 nəfər həlak olub.Xəbərdə daha 20 nəfərin yaralandığı bildirilir.

***

Bu gün Suriyanın Münbiç şəhərinin mərkəzində yerləşən Kasr Əl-Umara restoranında böyük bir partlayış baş verib.

İlkin məlumatlara görə, ən azı 5 Amerika əsgəri ölüb.

Yaralıların da olduğu bildirilir. Partlayış zamanı orada 15-ə qədər Amerika əsgəri olub.

Patlayışdan sonra PYD terror təşkilatının döyüşçüləri bütün bölgəni mühasirəyə alıblar. Hadisə yerinin yaxınlığında yerləşən bir məktəbin ərazisinə bir Amerika helikopterinin endiyi bildirilir./publika.az


Xəbər lenti

Çox oxunanlar