Xəzər Xəbər

Ermənistan parlamentində deputatlar arasında dava düşüb - VİDEO

Veb TV | 14:05 • 16 Yanvar 2019
Ermənistan parlamentində deputatlar arasında dava düşüb -

Ermənistan parlamentində "Çiçəklənən Ermənistan" və "İşıqlı Ermənistan” fraksiyalarının deputatları arasında dava düşüb.


"Report” xəbər verir ki, məlumatı "Panorama” saytı yayıb.


Bildirilib ki, "Çiçəklənən Ermənistan”ın deputatı Arman Abovyan "İşıqlı Ermənistan”ın deputatı Arman Babcanyana "Səni parlamentin kürsüsündən Ermənistanın Ukraynadakı keçmiş səfiri Andranik Manukyan barədə böhtan yaymağa kim məcbur edir” deyə soruşub.


Bundan sonra tərəflər arasında dava düşüb. Parlamentin sədri Ararat Mirzoyanın sakitliklə bağlı çağırışlarına deputatlar məhəl qoymayaraq bir-birilərini döyüblər.


Xəbər lenti

Çox oxunanlar