Xəzər Xəbər

Göygöldə qanunsuz ov edən qohumlar saxlanıldı VİDEO

Veb TV | 19:22 • 15 Yanvar 2019
Göygöldə qanunsuz ov edən qohumlar saxlanıldı

Göygöldə qanunsuz ov edən qohumlar saxlanıldı.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, bu gün qanunsuz ov etdiklərinə görə 5 nəfər Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla onların Göygöl rayon sakinləri Nazir Bağırov, Xanlar Bağırov, Şükür Bağırov, Bayram Bağırov və Namiq Bağırov olduqları müəyyən edilib. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd "TOZ” və 3 ədəd "İJ”, markalı ov tüfəngləri və ümumi sayı 84 ədəd patron, habelə ovladıqları 2 ədəd dovşan götürülüb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Xəbər lenti