Xəzər Xəbər

Ağdaşda faciə: gənc oğlan öldü VİDEO

Veb TV | 19:27 • 15 Yanvar 2019
Ağdaşda faciə: gənc oğlan öldü

Ağdaş rayonunda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Mürsəl kəndi yaxınlığından keçən magistral yolda baş verib.

Belə ki, "Mercedes” markalı minik avtomobili velosipedlə toqquşub. Hadisə nəticəsində 1994-cü il təvəllüdlü velosipedçi Osmanov Məhəmməd Rəşid oğlu yerində ölüb. 1971-ci il təvəllüdlü Abdullayev Elçin Rza oğlu isə ağır vəziyyətdə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb.


Xəbər lenti