Xəzər Xəbər

İlan təlimçini tamaşaçıların gözü qarşısında sancdı - VİDEO

Veb TV | 09:56 • 18 Dekabr 2018
İlan təlimçini tamaşaçıların gözü qarşısında sancdı -

Taylanda turistlər üçün şou zamanı gözlənilməz hadisə baş verib.

Kral kobrası təlimçini əlindən sancıb.

Təlimçi dərhal ilanı yeri atıb. Bir müddət sonra onu xəstəxanaya aparıblar.

Bildirilir ki, 35 yaşlı təlimçi dəfələrlə belə hallarla üzləşib. Lakin bu dəfə ilan sancması ağır nəticələr verib. Dəfələrlə huşunu itirən təlimçinin bədənində yanıq xəsarətlərinə oxşar yaralar əmələ gəlib. Bununla belə o, sağ qalıb. (Oxu.Az)

Xəbər lenti