Xəzər Xəbər

"Qarabağ" "Zirə"nin 6-nı üstünə çevirdi VİDEO

Veb TV | 19:19 • 9 Dekabr 2018
"Qarabağ" "Zirə"nin 6-nı üstünə çevirdi

Azərbaycan Premyer Liqsında 14-cü turun oyunları keçirilir.

Son çempion "Qarabağ” "Zirə” ilə qarşılaşıb.

"Dalğa Arena”da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Dani Kintana het-trik edib. Mahir Mədətovla Miçel Madera isə hərəyə bir dəfə fərqlənib. Oyunda son qol isə 90-cı dəqiqədə qeydə alınıb. İlkin Qırtımız topu öz qapısına göndərib.

"Zirə” – "Qarabağ” 0:6
Qollar
: Dani Kintana, 29, 34, 56, Mahir Mədətov, 42, Miçel, 82, Adrian Skarlatake, 90+1 (avtoqol)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
"Dalğa Arena”

Xəbər lenti